Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Çempionla yollar ayrılır - Premyer Liqa klubu hərəkətə keçdi
sport

Çempionla yollar ayrılır - Premyer Liqa klubu hərəkətə keçdi

09-06-2026 13:00 55 Views
IMG

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şəfa" heyətin əsas üzvlərindən biri ilə yolları ayıracaq. Söhbət komandanın yarımmüdafiəçisi Emin Zamanovdan gedir.

 

Tvit.az İdmanxeber.az-a istinadla xəbər verir ki, E.Zamanov paytaxt təmsilçisindən ayrılsa da, növbəti mövsüm Premyer Liqada oynaya bilər.

 

Belə ki, onun xidmətində "Şamaxı" klubu maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

 

Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Şəfa" ilə Azərbaycan I Liqasının qalibi olub. O, 2022-23-cü illərdə "Şamaxı"nın formasını geyinib.