Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Hizbullahla əlaqəli bu şəxslərə sanksiya tətbiq etdi
dünya

ABŞ Hizbullahla əlaqəli bu şəxslərə sanksiya tətbiq etdi

21-05-2026 22:00 12 Baxış
IMG

ABŞ şiə təşkilatı Hizbullah ilə əlaqəli bir qrup livanlı siyasətçi və təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə Əl - Cəzirə məlumat yayıb.

 

"Məhdudiyyətlərə məruz qalanlar Hizbullahı silahsızlandırmaq səylərinə mane olur və Livan dövlətinin maraqlarına zərər verirlər," - deyə media bildirib.

 

Qeyd edilib ki, sanksiyalar səkkiz livan vətəndaşına və bir iranlı diplomata şamil edilir.

Onların arasında parlament üzvləri Həsən Fadlallah, İbrahim əl-Musəvi, Hüseyn Hac Həsən və keçmiş nazir Məhəmməd Fneyş var. Siyahıda bir neçə təhlükəsizlik rəsmisi, o cümlədən Hizbullahın siyasi və hərbi müttəfiqi olan şiə Amal hərəkatının təhlükəsizlik xidmətinin rəhbəri Əhməd Baalbeki də var. 

 

Aysel Şirinova