ABŞ şiə təşkilatı Hizbullah ilə əlaqəli bir qrup livanlı siyasətçi və təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Tvit.az xəbər verir ki, bu barədə Əl - Cəzirə məlumat yayıb.
"Məhdudiyyətlərə məruz qalanlar Hizbullahı silahsızlandırmaq səylərinə mane olur və Livan dövlətinin maraqlarına zərər verirlər," - deyə media bildirib.
Qeyd edilib ki, sanksiyalar səkkiz livan vətəndaşına və bir iranlı diplomata şamil edilir.
Onların arasında parlament üzvləri Həsən Fadlallah, İbrahim əl-Musəvi, Hüseyn Hac Həsən və keçmiş nazir Məhəmməd Fneyş var. Siyahıda bir neçə təhlükəsizlik rəsmisi, o cümlədən Hizbullahın siyasi və hərbi müttəfiqi olan şiə Amal hərəkatının təhlükəsizlik xidmətinin rəhbəri Əhməd Baalbeki də var.
Aysel Şirinova