Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Samsung-un bu modeli satışdan çıxarıldı: Cəmi 3 ay bazarda qaldı
digər

Samsung-un bu modeli satışdan çıxarıldı: Cəmi 3 ay bazarda qaldı

18-03-2026 22:00 11 Baxış
IMG

Samsung-un böyük gözləntilərlə təqdim etdiyi üçqat qatlanan Galaxy Z TriFold modeli satışa buraxıldıqdan cəmi üç ay sonra Cənubi Koreyada satışdan çıxarılıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu modeli 2025-ci ilin dekabrında qatlanan telefon bazarında yeni mərhələ yaratmaq məqsədilə təqdim etmişdi. Lakin son məlumata görə, 17 mart 2026-cı il tarixindən etibarən cihazın ölkə daxilində satışı dayandırılıb.

 

İlk baxışda bu qərar modelin bazarda uğur qazana bilmədiyi təəssüratı yaratsa da, reallıq bir qədər fərqlidir. Galaxy Z TriFold məhdud sayda istehsal olunmuşdu və bəzi regionlarda qısa müddətdə tükənmişdi. Bu səbəbdən satışın dayandırılması daha çox əvvəlcədən planlaşdırılmış proses kimi qiymətləndirilir.

 

Cihazın bazarda qısa müddət qalmasının əsas səbəblərindən biri yüksək istehsal xərcləridir. Üçqat qatlanan ekran texnologiyası mövcud qatlanan modellərlə müqayisədə daha mürəkkəb və baha başa gələn istehsal prosesi tələb edir.

 

Qiymət amili də istifadəçilər üçün ciddi məhdudiyyət yaradıb. Model Cənubi Koreyada təxminən 3.590.400 von (təxminən 4 min 928 manat) qiymətinə satışa çıxarılmışdı. Bu isə onu geniş istifadəçi kütləsi üçün əlçatan olmayan premium texnologiya məhsuluna çevirib.

 

Aysel Şirinova