Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman DÇ-2026 qalibi nə qədər mükafat alacaq?
idman

DÇ-2026 qalibi nə qədər mükafat alacaq?

17-12-2025 23:00 30 Baxış
IMG

DÇ-2026-nın qalibi tarixə rekord mükafatla düşəcək.

 

Tvit.az Qol.az-a istinadən xəbər verir ki, FİFA ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının qalibi olacaq milliyə 50 milyon dollar mükafat müəyyənləşdirib. Bu isə mundiallar tarixində çempiona veriləcək ən yüksək məbləğdir.

 

Məlumata görə, ümumilikdə 655 milyon dollar mükafat fondu təyin olunub. Qrup mərhələsində mübarizəni dayandıran komandaların 9 milyon dollar, finala yüksələn yığmaların isə nəticədən asılı olaraq 33 milyon dollara qədər gəlir qazanması nəzərdə tutulub.

 

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi 42 milyon dollar mükafat almışdı. Fransa yığması isə Rusiyada təşkil olunan 2018-ci il mundialında çempionluğa görə 38 milyon dollar qazanmışdı.