Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Barselona" Dani Olmonu satmaqdan imtina edib
idman

"Barselona" Dani Olmonu satmaqdan imtina edib

12-10-2026 17:00 17 Baxış
IMG

İspaniyanın "Barselona" klubu Almaniyanın "Bavariya" komandasının maraq göstərdiyi yarımmüdafiəçisi Dani Olmo ilə bağlı qərarını verib.

 

Tvit.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunu satmaq variantını istisna edib.

 

Əvvəllər klubun yarımmüdafiəçi üçün 80-90 milyon avroluq təklifləri nəzərdən keçirə biləcəyi barədə xəbərlər yayılmışdı. Lakin D.Olmonu "Barselona"dan almağın yeganə yolu rəsmən 500 milyon avro təşkil edən sərbəstqalma məbləğini ödəməkdir.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.