Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü
hadisə

Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü

14-10-2026 10:00 17 Baxış
IMG

Bakıda gecə klubunda dava olub.

 

Tvit.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

 

Bakı şəhər sakini İlkin Paxomov obyekti icarəyə götürüb. Bir müddət işlədikdən sonra o, işçisinə maaşı az verib və nəticədə ofisiantla İlkin arasında mübahisə yaranıb. Ofisiant ondan maaşını tələb edəndə İlkin onu döyməyə başlayıb. Hadisə nəticəsində ofisiant xəsarət alıb və bu barədə polisə müraciət edib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə İlkin Paxomov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

 

Məhkəmə istintaqı zamanı zərərçəkmişə dəymiş ziyan ödənilib və cinayət təqibinə xitam verilib.