Rusiyanın müdafiə naziri Andrey Belousov özbəkistanlı həmkarı Botir Qudratxocayevlə görüş keçirib.
Belousov həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və bunun ikitərəfli hərbi əməkdaşlığın inkişafına yeni təkan verəcəyini bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Qeyd edək ki, oktyabrın 12-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Botir Qudratxocayevi müdafiə naziri təyin edib. General-mayor bu vəzifəyə daxili işlər nazirinin birinci müavini postundan keçib. O, daha əvvəl Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib, bundan əvvəl isə prokurorluq orqanlarında çalışıb.