Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Güləşçilərimiz Rusiyada çempion oldu
idman

Güləşçilərimiz Rusiyada çempion oldu

12-10-2026 19:00 15 Baxış
IMG

Rusiyanın Vladiqafqaz şəhərində 10-11 oktyabrda olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Bu barədə "Tvit.az"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib və bildirilib ki, ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb.

15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.

Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.

Qeyd edək ki, turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.