Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Netflix dünya üzrə 1 000-ə yaxın əməkdaşını ixtisar edəcək
dünya

Netflix dünya üzrə 1 000-ə yaxın əməkdaşını ixtisar edəcək

14-10-2026 22:00 17 Baxış
IMG

“Netflix” şirkəti dünya üzrə təxminən 1 000 əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu, şirkətin işçi heyətinin təxminən 6%-ni təşkil edir.

 

Tvit.az-ın xarici meaya istinadla xəbərinə görə xtisarlar 2022-ci ildən bəri ABŞ-ın striminq xidmətində həyata keçiriləcək ən böyük kadr ixtisarı olacaq. Əsasən məhsul hazırlanması, texnologiyalar, hüquq və insan resursları şöbələrinin əməkdaşları ixtisar olunacaq.

 

Şirkətin rəhbərləri Ted Sarandos və Qreq Piters qərarı resursların bölüşdürülməsində prioritetlərin müəyyənləşdirilməsi və biznesin əsas istiqamətlərinə investisiyaların davam etdirilməsi zərurəti ilə izah ediblər.

 

İxtisarlar “Netflix”in artım tempinin zəiflədiyi və auditoriyanın marağını qorumaqda çətinlik çəkdiyi bir dövrə təsadüf edir. Bununla belə, “Antenna” analitik şirkətinin məlumatına görə, ABŞ-da platformanın abunəçilərinin xidmətdən ayrılma səviyyəsi 2%-dən bir qədər yüksək olaraq qalır.

 

Son 12 ay ərzində “Netflix”in səhmləri dəyərinin 40%-dən çoxunu itirib.