Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar üzrə məhkəmə keçiriləcək
dünya

Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar üzrə məhkəmə keçiriləcək

14-10-2026 21:00 10 Baxış
IMG

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən yeni ittihamlar üzrə məhkəmə iclası oktyabrın 15-də Nyu-Yorkda keçiriləcək.

 

Tvit.az xəbər verir ki bu  barədə xarici KiV məlumat yayıb.

 

Məhkəmə sənədlərinə əsasən, iclas Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Oktyabrın 8-də Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsinin böyük münsiflər heyəti Maduro və həyat yoldaşına qarşı yenilənmiş ittihamları təsdiqləyib. Onlar narkotik qaçaqmalçılığı, narkoterrorizm məqsədilə sui-qəsd, eləcə də avtomatik silah və dağıdıcı qurğularla bağlı cinayətlərdə ittiham olunurlar.

Maduro və Flores daha əvvəl irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.