Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Donnarumma ilin ən yaxşı qapıçısı seçilib
idman

Donnarumma ilin ən yaxşı qapıçısı seçilib

16-12-2025 19:00 13 Baxış
IMG

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) versiyasına görə, Canluici Donnarumma ilin ən yaxşı qapıçısı seçilib.

 

Tvit.az xəbər verir ki, bu barədə FIFA rəsmi məlumat yayıb.

 

İtaliyalı qapıçı ötən mövsüm PSJ-nin heyətində UEFA Çempionlar Liqasının (ÇL), Fransa çempionatının və Fransa Kubokunun qalibi olub.

 

Məşhur qolkiper ÇL-də 17 oyundan 15-də start heyətində meydana çıxıb və altı görüşdə qapısını toxunulmaz saxlayıb. Donnarumma ÇL-in simvolik komandasına da daxil edilib. Qapıçı, həmçinin Fransa çempionatında 24 oyun keçirib və turnirin ən yaxşı qapıçısı seçilib.

 

Qeyd edək ki, italiyalı qapıçı sentyabrda PSJ-dən "Mançester Siti"yə transfer olunub.