Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Mbappe dünyanın ən bahalı üç futbolçusundan biri oldu
idman

Mbappe dünyanın ən bahalı üç futbolçusundan biri oldu

12-12-2025 21:00 25 Baxış
IMG

"Transfermarkt" portalı İspaniya çempionatında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib.

 

Tvit.az portala istinadən xəbər verir ki, "Real Madrid" klubunun və Fransa milli komandasının hücumçusu Kilian Mbappenin dəyəri 20 milyon avro artaraq 200 milyon avroya çatıb.

 

Bildirilir ki, bununla da bazar dəyərləri 200 milyon avro olan Erlinq Holand və Lamin Yamal ilə birlikdə Mbappe dünyanın ən bahalı oyunçularından biridir.

 

Qeyd edək ki, 26 yaşlı Mbappe 2024-cü ildən "Real Madrid"də çıxış edir. O, klubla bütün turnirlərdə 80 oyun keçirib, hesabında 69 qol və 9 məhsuldar ötürmə var.