Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçmək istəmir
idman

"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçmək istəmir

10-12-2025 21:00 21 Baxış
IMG

İtaliya təmsilçisi "Roma" İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Coşua Zirkzeni heyətinə qatmağı planlaşdırır.

 

Tvit.az "Sky Sports"a istinadən xəbər verir ki, bununla belə, niderlandlı hücumçu "qırmızı şeytanlar"ı tərk etmək niyyətində deyil.

 

O, Premyer Liqa komandasının əsas heyətinə düşməkdə çətinlik çəksə də, "Mançester Yunayted"də qalaraq yerini möhkəmləndirmək barədə düşünür.


Klub özü də futbolçunu satmağa müsbət yanaşmır.

 

Qeyd edək ki, Coşua Zirkzenin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.