Tvit.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ərdoğan danışıqlar prosesinə mümkün olan bütün dəstəyi vermək niyyətini və bu məqsədlə İstanbul platformasını təmin etməyə hazır olduğunu ifadə edib", - bəyanatda deyilir.
Qeyd olunur ki, iki ölkənin liderləri Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.
Türkiyə Prezidenti həmçinin Yohannesburqda keçirilən G20 sammitinə səfəri və bir sıra iştirakçı ölkələrin rəhbərləri ilə görüşləri barədə təəssüratlarını bölüşüb.
Aysel Şirinova