Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Putin Ərdoğanla telefon danışığı edib
dünya

Putin Ərdoğanla telefon danışığı edib

24-11-2025 16:00 83 Views
IMG
Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Tvit.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Ərdoğan danışıqlar prosesinə mümkün olan bütün dəstəyi vermək niyyətini və bu məqsədlə İstanbul platformasını təmin etməyə hazır olduğunu ifadə edib", -  bəyanatda deyilir.

Qeyd olunur ki, iki ölkənin liderləri Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.

Türkiyə Prezidenti həmçinin Yohannesburqda keçirilən G20 sammitinə səfəri və bir sıra iştirakçı ölkələrin rəhbərləri ilə görüşləri barədə təəssüratlarını bölüşüb.

Aysel Şirinova