Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına beynəlxalq hava limanına endirilən iki zərbə nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində həyatını itirənlər Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Ölənlərdən biri pilot olub.
Qeyd edək ki, hücumu Yəməndə fəaliyyət göstərən, İranın dəstəklədiyi husilər (Husi hərəkatı) həyata keçirdiklərini bəyan ediblər. Səudiyyə Ərəbistanı cavab olaraq husilərin üç raket buraxılış qurğusunu məhv etdiyini bildirib.
Aysel Şirinova