ABŞ-nin şərq sahillərinə doğru irəliləyən “İsaias” qasırğası ilə əlaqədar ölkənin bir sıra ştatlarında əhalinin təxliyəsi barədə göstəriş verilib.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata əsasən, ikinci kateqoriya səviyyəsinə çatan qasırğa ABŞ-ın şərq sahillərinə doğru hərəkətini davam etdirir.
Qasırğanın həftəsonu sahilə çatacağı, bu müddət ərzində isə gücünün daha da artacağı proqnozlaşdırılır.
Güclü külək və intensiv yağıntıların təsir göstərəcəyi gözlənilən Alabama, Florida və Corciya ştatlarının bəzi ərazilərində sakinlərin təcili təxliyəsi barədə qərar qəbul edilib.
Bundan əlavə, qasırğaya hazırlıq çərçivəsində Floridanın bir sıra hava limanlarında uçuşlar dayandırılıb. Dəmir yolu nəqliyyatının hərəkətində də fasilələrin yaranacağı gözlənilir.
Aysel