Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran və Ermənistan idman sahəsində memorandum imzaladı
dünya

İran və Ermənistan idman sahəsində memorandum imzaladı

09-10-2026 14:00 17 Baxış
IMG

İranın İdman və Gənclər Nazirliyi ilə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu  imzalanıb. 


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Sənədi İranın idman və gənclər naziri Əhməd Dünyamalı ilə erməni həmkarı Janna Andreasyan imzalayıb.


Memorandum iki ölkə arasında idman və gənclər sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini, birgə proqramların və tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İranla Ermənistan arasında tarixi əlaqələrə toxunan Dünyamalı mövcud imkanların praktiki əməkdaşlığa çevrilməsinin vacibliyini vurğulayıb.


Elmin Alışov