Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Litvada hərbi xərclər büdcə kəsirini artırır – Prezidentdən etiraf
dünya

Litvada hərbi xərclər büdcə kəsirini artırır – Prezidentdən etiraf

09-10-2026 11:00 16 Baxış
IMG

Litva Prezidenti Gitanas Nauseda ölkəsində müdafiə xərclərinin artmasından danışıb.

 

Tvit.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda “15min” portalına müsahibəsində bildirib.


“Mühafizəkarların hakimiyyəti dövründə Müdafiə Nazirliyinin büdcəsi ÜDM-in 3 faizini təşkil edirdi. Hazırda isə bu göstərici 2 faiz bəndi daha yüksəkdir. Planlaşdırılan 3,8 faizlik büdcə kəsirindən həmin 2 faiz bəndini çıxsaq, cəmi 1,8 faiz alınar”, – deyə dövlət başçısı qeyd edib.



Avropa İttifaqı üzrə büdcə kəsirinin orta göstəricisi 3,6 faiz təşkil edir. Hazırda 12 üzv ölkədə Maastrixt meyarlarının müəyyən etdiyi hədd aşılır.

 

Aysel Şirinova