Bu gün Hörmüz boğazının cənub hissəsindəki dəniz marşrutunun sularında bir neçə güclü partlayışın baş verdiyi bildirilir.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumata görə, partlayışlara neft tankerlərinin dəniz minalarına toxunması səbəb ola bilər.
Qeyd olunur ki, sözügedən gəmilər İran hakimiyyətinin icazə vermədiyi naviqasiya marşrutu üzrə hərəkət ediblər. Hadisənin təfərrüatları və tankerlərin vəziyyəti barədə əlavə məlumat verilməyib.
Elmin Alışov