Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
hadisə

Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

08-10-2026 13:00 16 Baxış
IMG

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, sentyabrın 24-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 82 yaşlı Fərhad Məsim oğlu İsgəndərovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.