Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Cəbrayılda mina partlayışı: Xəsarət alan var
hadisə

Cəbrayılda mina partlayışı: Xəsarət alan var

08-10-2026 17:00 16 Baxış
IMG

İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

 

2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyadaəleyhinə minaya düşüb. Hadisə zamanı Orxan Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.