Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Polis 32,5 kq narkotik aşkarlayıb
hadisə

Polis 32,5 kq narkotik aşkarlayıb

30-09-2025 11:00 43 Baxış
IMG

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da ümumi çəkisi 32,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə "Tvit.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,2 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq həşiş və 1,3 kiloqramdan çox tiryək olub.

Məlumatda bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi vurğulanıb.