Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İtaliya İsrailin müdafiə naziri ilə bağlı istintaqı genişləndirib
dünya

İtaliya İsrailin müdafiə naziri ilə bağlı istintaqı genişləndirib

16-10-2026 20:00 13 Baxış
IMG

İtaliya prokurorluğu Qəzza zolağına humanitar yardım aparan “Sumud” donanmasının fəallarının saxlanılması zamanı yol verilmiş mümkün pozuntularla bağlı istintaqa İsrailin müdafiə naziri İsrael Katsı da daxil edib.


Tvit.az  Reuters agentliyinə istinadən xəbər verir ki, istintaqa İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir, eləcə də hərbi, polis və penitensiar sistemin daha 11 yüksək vəzifəli nümayəndəsi cəlb olunub.
İstintaqa 50 İtaliya vətəndaşının şikayəti səbəb olub. Onlar donanmanın iki missiyasından sonra saxlanıldıqlarını bildiriblər.


Bundan əvvəl istintaq İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin fəaliyyəti üzərində cəmləşmişdi. İtaliya prokurorları İsraildən hüquqi yardım da istəyib və Avropadakı həmkarları ilə koordinasiyalı şəkildə işləyirlər.