Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Mahmud Əliyevin sükanı arasında olduğu "Isuzu" markalı yük maşını yol kənarında dayanmış "Mercedes" markalı yük maşınına çırpılıb.
Nəticədə "Isuzu" markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.