Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kanada şirkəti Qırğızıstanda qızıl hasilatına 556 milyon dollar yatıracaq
dünya

Kanada şirkəti Qırğızıstanda qızıl hasilatına 556 milyon dollar yatıracaq

16-10-2026 20:00 11 Baxış
IMG

Kanadanın Silvercorp Metals dağ-mədən şirkəti Qırğızıstanın Cəlalabad vilayətində yerləşən Çaaarat mədəninin inkişafına 556 milyon dollar investisiya yatıracaq.


Tvit.az  xəbər verir ki, investisiyalar iki layihənin həyata keçirilməsinə yönəldiləcək.


2026–2028-ci illərdə “Tulkubaş” sahəsində 156 milyon dollar dəyərində emal fabriki tikiləcək. Müəssisə ildə 4 milyon tona qədər filiz emal etmək və 3 tondan çox qızıl istehsal etmək gücündə olacaq.
2028–2031-ci illərdə isə “Kızıltaş” sahəsinə 400 milyon dollar investisiya yatırılması planlaşdırılır. Burada ildə 4 milyon tona qədər xammalın emalı və 5,9–7,1 ton qızıl hasilatı nəzərdə tutulur.


Qeyd edək ki, Silvercorp Metals 2026-cı ilin yanvarında “Çaarat ZAAW” şirkətinin səhmlərinin 70%-ni 92 milyon dollara əldə edib. Qalan 30% səhm isə dövlətə məxsus “Qırğızaltın” konserninə məxsusdur.