Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Merz Trampla Ukrayna məsələsini müzakirə edəcək
dünya

Merz Trampla Ukrayna məsələsini müzakirə edəcək

16-10-2026 23:00 14 Baxış
IMG

Almaniya kansleri Fridrix Merz 2026-cı ilin sonunadək ABŞ Prezidenti Donald Trampla şəxsən görüşməyi planlaşdırır.


Tvit.az xəbər verir ki, Merz bu barədə Avropa İttifaqının sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, görüş zamanı Ukrayna ətrafındakı vəziyyət müzakirə olunacaq.
“Dekabr ayından gec olmayaraq bu məsələni ABŞ Prezidenti ilə şəxsən müzakirə etmək üçün növbəti imkanım olacaq”, – deyə kansler qeyd edib.

 


Merz Trampla müntəzəm telefon danışıqları apardığını da bildirib. Bununla belə, onun sözlərinə görə, Avropanın Ukraynaya gələcək dəstəklə bağlı mövqeyi dəyişməz qalır.
Qeyd edək ki, Merz daha əvvəl Brüsseldə oktyabrın 15–16-da keçirilən Aİ sammitində iştirakçı ölkələrin Ukrayna ilə bağlı hər hansı qərar qəbul edə bilmədiklərini açıqlamışdı.