Özbəkistan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri ilə investisiya layihələrinin genişləndirilməsi barədə razılığa gəlib.
Tvit.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə yanacaq-energetika sektorunda İnvestorlar Şurasının ilk iclası çərçivəsində BƏƏ-nin “Masdar” və “AMEA Power” şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə ilin əvvəlindən bəri iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 40% artdığı qeyd olunub. Tərəflər yaşıl enerji, infrastruktur, sənaye, turizm və xidmətlər sahələrində birgə layihələrin icrasının sürətləndirilməsini müzakirə ediblər.
Görüşün yekununda qeyd olunan istiqamətlər üzrə investisiya əməkdaşlığının genişləndirilməsi barədə razılıq əldə olunub.