Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da ümumi çəkisi 32,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə "Tvit.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,2 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq həşiş və 1,3 kiloqramdan çox tiryək olub.
Məlumatda bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi vurğulanıb.