ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Almaniya kansleri Fridrix Mertsi Donald Trampın Çinə səfəri zamanı apardığı danışıqlar və Ukrayna münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi səylər barədə məlumatlandırıblar.
Tvit.az xəbər verir ki, bu barədə Cared Kuşner Almaniya kansleri ilə görüşün yekunlarına dair açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ağ Ev növbəti danışıqlar raundundan əvvəl Almaniya, Ukrayna və digər Avropa tərəfdaşları ilə mövqeləri razılaşdırır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Donald Trampın, o cümlədən Ukrayna münaqişəsi də daxil olmaqla, münaqişələrin həllinə çalışdığına şübhə olmadığını bildirmişdi.