Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Instagram oğurlanmış videoları avtomatik aşkarlayacaq - Yenilik
ДРУГОЕ

Instagram oğurlanmış videoları avtomatik aşkarlayacaq - Yenilik

18-11-2026 23:00 8 Просмотров
IMG

Instagram orijinal məzmun yaradıcılarını qorumaq məqsədilə yeni “Məzmunun mühafizəsi” funksiyasını təqdim edib.

 

Tvit.az xəbər verir ki, yeni funksiya yaradıcıların videolarının icazəsiz surətlərini həm Instagram, həm də Facebook-da avtomatik aşkarlayacaq və bu barədə onlara bildiriş göndərəcək.

 

Müəlliflər aşkar edilən surətləri izləmək, platformalardan gizlətmək, onlara orijinal məzmun sahibinin linkini əlavə etmək və ya paylaşılmasına icazə vermək imkanına malik olacaqlar.

 

Bundan əlavə, istifadəçilər əməkdaşlarının və tərəfdaşlarının hesablarını icazəli siyahıya əlavə edərək onların məzmunu sərbəst paylaşmasına şərait yarada biləcəklər.

 

Aysel Şirinova