Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ İspaniya yığmasının sabiq futbolçusu Xuan Mata karyerasını başa vurub
СПОРТ

İspaniya yığmasının sabiq futbolçusu Xuan Mata karyerasını başa vurub

18-11-2026 13:00 55 Просмотров
IMG

İspaniya millisinin, İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klublarının sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında peşəkar karyerasını başa vurub.

 

Tvit.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

İspaniyalının son klubu 2025/2026 mövsümündə çıxış etdiyi "Melburn" (Avstraliya) olub. O, 2026-cı ilin sentyabrında kollektivdən ayrılıb.

 

Mata "Çelsi"nin heyətində 2012-ci ildə UEFA Çempionlar Liqasının, 2013-cü ildə isə UEFA Avropa Liqasının qalibi olub. Həmçinin 2017-ci ildə "Mançester Yunayted"in tərkibində UEFA Avropa Liqasını qazanıb. O, "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Vissel Kobe" (Yaponiya) və "Vestern Sidney Uonderers" (Avstraliya) klublarında da oynayıb.

 

Qeyd edək ki, X. Mata İspaniya yığması ilə birlikdə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub. Yarımmüdafiəçi milli komandada 41 matç keçirib və 10 qol vurub.