Almaniyanın avtomobil istehsalçısı Audi yüksək gərginlikli batareyalarda yanğın riski aşkarlandığı üçün minlərlə elektrikli avtomobilini geri çağırıb.
Tvit.az-ın xarici mediaya istinadən məlumatına görə, geri çağırılma 2024 və 2025-ci il istehsalı olan Audi Q4 e-tron və Q4 Sportback e-tron modellərini əhatə edir.
Nasazlıqla əlaqədar sürücülərə avtomobillərin batareyalarını 80%-dən artıq doldurmamaq barədə xəbərdarlıq edilib. Səlahiyyətli qurumlar problemin tam həlli tapılanadək avtomobillərin məhdud doldurma səviyyəsində saxlanılmasını tövsiyə ediblər.
Aysel Şirinova