Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Millətlər Liqası: pley-off mərhələsinin bütün iştirakçıları...
СПОРТ

Millətlər Liqası: pley-off mərhələsinin bütün iştirakçıları...

18-11-2026 10:00 57 Просмотров
IMG

UEFA Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

 

Tvit.az xəbər verir ki, turnirin qalibi uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.

 

1/4 final mərhələsinin oyunları mart ayında keçiriləcək.

 

Cütlüklər noyabrın 20-də baş tutacaq püşkatma mərasimində müəyyənləşəcək. Yarımfinal, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə iyun ayında təşkil olunacaq.

 

Millətlər Liqası 2018/19 mövsümündən etibarən keçirilir. Turnirin pley-off mərhələsinə elit divizionun qruplarında ilk iki yeri tutan komandalar vəsiqə qazanırlar. Hazırkı çempion Portuqaliya millisidir.