Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət İlham Əliyev xanımı ilə Vyetnama səfər etdi
siyasət

İlham Əliyev xanımı ilə Vyetnama səfər etdi

19-11-2026 17:00 8 Просмотров
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.

"Tvit.az" xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşıladılar.