Gürcüstanın paytaxtı Tbilisidə partlayış nəticəsində dağılan binanın dağıntıları altından daha bir nəfərin meyiti çıxarılıb.
Tvit.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.
Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 3-ə yüksəlib. Ölənlər arasında bir uşaq da var.
Hazırda xilasedicilər dağıntılar altında qalan daha 3 nəfərin axtarışını davam etdirirlər.
Hadisə zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi uşaqdır.