Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən yeni ittihamlar üzrə məhkəmə iclası oktyabrın 15-də Nyu-Yorkda keçiriləcək.
Tvit.az xəbər verir ki bu barədə xarici KiV məlumat yayıb.
Məhkəmə sənədlərinə əsasən, iclas Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Oktyabrın 8-də Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsinin böyük münsiflər heyəti Maduro və həyat yoldaşına qarşı yenilənmiş ittihamları təsdiqləyib. Onlar narkotik qaçaqmalçılığı, narkoterrorizm məqsədilə sui-qəsd, eləcə də avtomatik silah və dağıdıcı qurğularla bağlı cinayətlərdə ittiham olunurlar.
Maduro və Flores daha əvvəl irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.