Ukrayna Prezidenti Volodimir Zelenski Starlink peyk internetinin Ukraynada fəaliyyətinin məhdudlaşdırılmasını səhv qərar adlandırıb və SpaceX şirkətinin rəhbəri İlon Maskdan xidmətin bərpasını istəyib.
“Starlink-in sürəti azalırsa, nə baş verdiyi aydındır. Onlar onu söndürüblər. Bu, onların qərarıdır. Biz İlon Maskdan onu yenidən aktivləşdirməsini xahiş edirik”, – deyə Zelenski jurnalist Pirs Morqana müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl Zelenskinin müşaviri Sergey Beskrestnov ABŞ-ın SpaceX şirkətinin gecə saatlarında Ukrayna ordusunun Starlink terminallarının iş sürətini məhdudlaşdırdığını açıqlamışdı. Onun sözlərinə görə, bu səbəbdən bir sıra əməliyyatlar pozulub.