Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
şou-biznes

Özcan Dəniz ifadə verdi

30-09-2026 14:00 19 Просмотров
IMG

Türkiyəli müğənni Özcan Dənizin ailəsində yaşanan gərginlik davam edir.

 

Tvit.az xəbər verir ki, müğənninin qardaşı Ercan Dəniz və bacısı Yurda Dəniz digər bacıları Sibəl Dəniz Semercini onları təhqir etdiyinə məhkəməyə verib.

 

Şahid qismində ifadə verən Özcan məhkəmədən sonra jurnalistlərin suallarını cavablayıb. O, bacısının işlətdiyi ifadələrin təhqir olmadığını, anasını və kiçik bacısını qorumaq məqsədilə belə reaksiya verdiyini bildirib:

 

"Yersiz və haqsız şikayətdir. Bacım Sibel hazırda təhqirə görə mühakimə olunur. Halbuki onun dedikləri təhqir deyil. "Bir daha bunları etsəniz, sizi yandıraram" deyib. Bacımın heç kimi yandırdığı yoxdur. O, öz həyatını yaşayan bir anadır. Anamıza qarşı edilənləri görüb və buna müdaxilə edib. Dedikləri tamamilə qoruma məqsədi daşıyıb. Mən də ona dəstək olmaq və şahid kimi ifadə vermək üçün gəlmişəm".