Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Harri Keyn Çempionlar Liqasında Levandovski və Van Nistelroyun göstəricisini təkrarlayıb
СПОРТ

Harri Keyn Çempionlar Liqasında Levandovski və Van Nistelroyun göstəricisini təkrarlayıb

14-10-2026 12:00 13 Просмотров
IMG

Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ardıcıl 9-cu matçda fərqlənərək Robert Levandovski və Rud van Nistelroyun göstəricisini təkrarlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

 

İngiltərəli hücumçu liqa mərhələsinin II turunda Norveçin "Vikinq" komandası ilə səfər oyununda (3:3) dubl edib. Bununla da H.Keyn Çempionlar Liqası tarixində ardıcıl 9 matçda ən azı bir qol vurmağı bacaran dördüncü futbolçu olub.

 

Qeyd edək ki, turnirin rekordu Kriştianu Ronalduya məxsusdur. Portuqaliyalı hücumçu 2017/2018 mövsümündə İspaniyanın "Real" klubunun heyətində ardıcıl 11 matçda fərqlənib.