Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar üzrə məhkəmə keçiriləcək
dünya

Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar üzrə məhkəmə keçiriləcək

14-10-2026 21:00 11 Views
IMG

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən yeni ittihamlar üzrə məhkəmə iclası oktyabrın 15-də Nyu-Yorkda keçiriləcək.

 

Tvit.az xəbər verir ki bu  barədə xarici KiV məlumat yayıb.

 

Məhkəmə sənədlərinə əsasən, iclas Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Oktyabrın 8-də Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsinin böyük münsiflər heyəti Maduro və həyat yoldaşına qarşı yenilənmiş ittihamları təsdiqləyib. Onlar narkotik qaçaqmalçılığı, narkoterrorizm məqsədilə sui-qəsd, eləcə də avtomatik silah və dağıdıcı qurğularla bağlı cinayətlərdə ittiham olunurlar.

Maduro və Flores daha əvvəl irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.