Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat 9 ayda 6.3 milyon ton yük: Bakı kimanında yükdaşımaların həcmi artır
iqtisadiyyat

9 ayda 6.3 milyon ton yük: Bakı kimanında yükdaşımaların həcmi artır

13-10-2026 12:00 10 Просмотров
IMG

Cari ilin yanvar-sentyabr aylarında Bakı Limanında yük daşıma göstəricilərində artım qeydə alınıb.


 “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZTV-ə bildirilib ki, 2026-cı ilin ilk doqquz ayında liman vasitəsilə 6 milyon 300 min tondan çox yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artım deməkdir. 


Artım təkcə konteyner daşımalarında deyil, quru yüklərin aşırılmasında da müşahidə olunur. Bu ilin ilk doqquz ayında Bakı Limanı vasitəsilə 1 milyon 734 min ton quru yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faizdən çox artım deməkdir.


Əldə olunan nəticələr Bakı Limanının regionun mühüm nəqliyyat-logistika qovşağı kimi rolunun gücləndiyini və tranzit yükdaşımalarının dinamik inkişaf etdiyini göstərir.