Müğənni İzzət Bağırovun Heydər Əliyev Sarayında konserti keçirilib.
Tvit.az xəbər verir ki, gecə ərzində sənətçi tamaşaçılarla bol-bol söhbət edib. Konsertə gələn müəllimləri salamlayan İ.Bağırov bəzi məqamlara da toxunub.
İfaçı son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı yayılan videolara da reaksiya verərək bunları deyib:
“Əvvəl gəlib evdə deyirdik ki, müəllim məni danladı. Valideynlərimiz deyirdi: “Nə etmisən ki?”. İndi müəllim uşağı danlayanda başqa cürdür. Bütün nəsil məktəbə, müəllimin üstünə gedir”.