Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda qadın sərnişini döyən avtobus sürücüsü cəzalandırıldı
turizm

Bakıda qadın sərnişini döyən avtobus sürücüsü cəzalandırıldı

17-04-2025 15:00 43 Views
IMG

Bakıda sərnişini döyən 165 nömrəli xətt avtobusunun sürücüsünə hökm oxunub.

 

Tvit.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü G.H. idarə etdiyi sərnişin avtobusunda 1968-ci il təvəllüdlü S.A.-ya xəsarət yetirdiyi üçün Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib.


Məhkəmədə məlum olub ki, G.H. metronun "20 Yanvar" stansiyası yaxınlığında idarə etdiyi 165 nömrəli avtobusla duracaqdan sərnişinləri qəbul etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etməli imiş, lakin bir qadın avtobusa kartla ödəniş etmədən mindiyi üçün aralarında mübahisə yaranıb.

 

Sürücü qadına irad tutaraq, ödəniş etməsini tələb edib. Bu zaman həmin şəxs əsəbiləşərək, ona: "Əcəb edirəm, sən kimsən?" - deyib. Sürücü hərəkətə davam edərək, Mehdiabad qəsəbəsi, "Gənclər şəhərciyi" yaşayış kompleksinin yaxınlığında yerləşən dayanacaqda yolu bitirərək, avtobusu saxlayıb.

 

Bütün sərnişinlər avtobusdan düşdükdən sonra qadının ödəniş etməməsi və sürücünü telefonla videoya çəkməsi səbəbindən aralarında mübahisə yaranıb. Sürücü qadına əli ilə bir neçə dəfə zərbə endirib. Nəticədə xanım sərnişinin sol gözünə qansızma ilə müşahidə olunan sağlamlığına qəsdən zərər vurub.


Məhkəmənin qərarı ilə G.H.-yə doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sürücü cəza çəkdiyi müddətdə üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.