Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Kəlbəcərdə maşın aşdı, qadın hərbçi öldü
turizm

Kəlbəcərdə maşın aşdı, qadın hərbçi öldü

14-04-2025 17:00 33 Views
IMG

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Əldə edilən məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.