Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bağçadan çıxan uşaqlara itlər hücum etdi: 9 yaralı
turizm

Bağçadan çıxan uşaqlara itlər hücum etdi: 9 yaralı

09-04-2025 21:00 54 Views
IMG

Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.

 

Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

 

Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib ki, bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

 

Bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan və vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

 

"Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır" , - məlumatda bildirilib.