Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDI
turizm

Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDI

08-04-2025 22:00 59 Views
IMG

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində ərinə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Lalə İmaşova iki illik məhkəmə çəkişmələrindən sonra bu gün azadlığa buraxılıb.

 

Lalə İmaşovanın vəkili Altay Mirzəyevin Oxu.az-a verdiyi məlumata görə, o, CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəmələrinin 27 mart 2024-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilibmiş.

 

Appelyasiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərarı ilə onun cəzası 7 il 2 ay 15 günə endirilib.

 

Bundan sonra Ali Məhkəmənin 05 mart 2025-ci il tarixli qərarı ilə isə Lalə İmaşovanın üzərində qəti olaraq 3 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

Lalə İmaşovaya təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin 18.03.2019-cu il təvəllüdlü azyaşlı uşağı, 14 yaşına çatanadək təxirə salınması ilə bağlı müdafiəçisi tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət olunub.

 

Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə müdafiə tərəfinin ərizəsi təmin edilərək Lalə İmaşova həbsdən azad olunub.

 

Qeyd edək ki, əri Ceyhun İmaşov Lalə İmaşovanı 2023-cü ilin yanvarın 20-dən 21-nə keçən gecə birgə yaşadıqları evdə, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, qısqanclıq zəminində döyərək çoxsaylı xəsarətlər yetirib.

 

Lalə İmaşova özünü müdafiə etmək məqsədilə ona balta ilə vuraraq sağlamlığına ağır zərər yetirib. Ona qarşı cinayət məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

 

Məlumat üçün bildirək ki, istintaqla müəyyən edilib ki, Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.


Onu da qeyd edək ki, aparılmış ibtidai istintaq zamanı Lalə İmaşovanın ərinə xəyanət etməsi təsdiq olunmayıb.