Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Neftçalada evli qadını narahat edən kişi həbs edildi
turizm

Neftçalada evli qadını narahat edən kişi həbs edildi

08-04-2025 21:00 58 Views
IMG

Neftçala rayonunda evli qadını mütəmadi narahat edən şəxs həbs edilib.

 

Tvit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Neftçala Rayon Məhkəməsinin qərarı ilə rayonun Kürdili kənd sakini, 31 yaşlı Orxan Osmanov (ad və soyadlar şərtidir) aprelin 7-də 10 sutkalıq inzibati həbs edilib.

 

Müəyyən edilib ki, o, 1 aya yaxın imiş Neftçala şəhərində yaşayan evli, 2 uşaq anası olan qadını izləyərək narahat edirmiş.

 

Şikayətçi L.Mustafayeva bildirib ki, Orxan bir neçə dəfə ona yaxınlaşaraq eşq elan edib, əl çəkməyəcəyini bildirərək əxlaqsız təkliflər edib:

 

"İki azyaşlı övladım və ailə üzvlərimlə birgə Neftçala şəhərində yaşayıram. Martın 14-də övladlarımı bağçadan götürüb evə gəldiyim zaman tanımadığım bir şəxs uşaqların yanında, insanların gedib gəldiyi yerdə mənə yaxınlaşdı. O, tanış olmaq məqsədilə telefon nömrəmi istədi. Övladlarımı ona göstərib evli olduğumu deyərək bu hərəkətin əxlaq normalarına zidd olduğunu bildirdim və məndən kənar olmasını istədim. Lakin o məndən əl çəkməyəcəyini dedi.

 

Daha sonra mart ayında bayram günlərində yaşadığım binanın blokuna qədər gəldi və məni insanların yanında təhqir edib əxlaqsız təkliflər etməyə başladı. Bu məsələni bədbəxt hadisə olmasın deyə həyat yoldaşımdan gizlətdim. Sonradan bu şəxsin tutduğu əməldən islah olmadığını görüb həyat yoldaşıma məlumat verdim. Belə ki, aprelin 4-ü saat 17 radələrində həmin şəxsin azyaşlı övladlarımı bağçadan gətirərkən mənə yenə yaxınlaşdığını görüb ərimə zəng etdim. Həyat yoldaşım xidməti işi ilə əlaqədar qrafikə uyğun olaraq işdə olduğundan məndən onun videosunu və şəkillərini çəkib "102"yə müraciət etməyimi istədi, mən də onun dediyini etdim".

 

Bundan sonra O.Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib. O, aprelin 7-si saxlanılaraq məhkəməyə göndərilib.