Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Kürdəmirdə avtomobil 72 yaşlı motosikletçini vuraraq öldürüb
turizm

Kürdəmirdə avtomobil 72 yaşlı motosikletçini vuraraq öldürüb

28-03-2025 18:00 44 Views
IMG

Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.

 

Report xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

 

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.

 

Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.